CəmiyyətDünya

EASA İran səmasında uçmaqla bağlı xəbərdarlıq etdi

Avropa Birliyinin Təyyarəçilik Təhlükəsizliyi Agentliyi (EASA) İran səmasında uçmaqla bağlı xəbərdarlıq edib.

Agentlik xəbərdarlıqda  İranın Ukrayna təyyarəsini bilmədən vurmasını etiraf etdikdən sonra Avropa hava yolları şirkətlərini İran üzərindən uçuşları dayandırmasını istəyib.

Bundan öncə Avropa hava yollarını İran səmasında 25000 futdan aşağı uçmamağı tövsiyə edən agentlik yeni hadisə ilə bağlı öncəki tövsiyəsini daha da sərtləşdirərək, bu çağırışın Avropa aviaşirkətlərinin ümumiyyətlə İran üzərindən bütün uçuşlarına aid etdiyini bildirib.

“Bu, dəyişkən bir vəziyyətdir. Bununla bağlı yeni bir qiymətləndirmə gələn həftənin əvvəlində Avropa Komissiyyası və Avropa Birliyinə üzv ölkələrlə birlikdə aparılacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, “Air France” və “Lufthansa” da daxil olmaqla, bir çox Avropa Hava Yolları şirkətləri daha öncə də Orta Şərqə uçmaqla bağlı qabaqlayıcı tədbirlər elan etmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close