
Bunu Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Evinin rəhbəri Mehdi Əmini deyib.
“Elektrik Enerjisi Şirkətinə müraciət etdikdə, deyirlər ki, buna görə biz məsuliyyət daşımırıq, Tehran qərar verir. Əgər sizin qərar vermək səlahiyyətiniz yoxdursa istefa verin!”,- Əmini əlavə edib.
Elektrik enerjisi çatışmazlığı səbəbindən bir neçə istehsalat müəssisəsinin bağlandığını, çox sayda insanın işsiz qaldığını deyən Mehdi Əmini, vəziyyətin belə davam edəcəyi təqdirdə əyalətin iqtisadiyyatına ağır zərbə dəyəcəyi barədə xəbərdarlıq edib.