CəmiyyətDünya

Ermənilər törətdikləri cinayətlərdən danışmırlar

Orta Şərq üzrə amerikalı təhlilçi erməni qruplarının tarixi cinayətlərini bilərəkdən ört-basdır etməyə çalışdıqlarını və 1915-ci il hadisələrindən sui-istifadə etdiklərini vurğulayıb.

Amerikalı yazıçı, tarixçi və Orta Şərq məsələləri üzrə təhlilçi, professor Mişel Qunter videokonfrans vasitəsilə “Yüz illik erməni yalanları və siyasi proseslər” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib:

“Ermənilər 1915-ci il hadisələrindən çox öncə iğtişaşlara əl ataraq bir sıra cinayətlər törədiblər. Amma onlar günahsız simalarını pozmamaq üçün öz qanlı hücumlarından danışmırlar”.

Qunter çıxışı zamanı, “1915-ci il hadisələri hər iki tərəf üçün ağrılı olub və bu hadisələr zamanı çox sayda erməni həyatını itirib, ancaq bunu soyqırımı hesab etmək olmaz. Çünki bu vaxt bəzi erməni qruplaşmaları tərəfindən çox sayda türk də öldürülüb. I Dünya Müharibəsindən ən azı 50 il öncə ermənilər müxtəlif döyüşlərdən bezmiş Osmanlılara hücumlar ediblər. O cümlədən, “ulduz teroru” kimi tanınan Sultan Əbdül Həmidin həyatına sui-qəsdi də xatırlatmaq lazımdır”, – deyə əlavə edib.

1915-ci il hadisələrindən bu gün bir çox ölkə tərəfindən siyasi vasitə olaraq istifadə edildiyini vurğulayan Mişel Qunter, “Türkiyə açıq şəkildə yaşanan hadisələr barəsində tarixçilər və mütəxəssislər tərəfindən hərtərəfli və qərəzsiz araşdırma aparmağa çağırıb, ancaq təəccüblüdür ki, erməni tərəfi buna meyl göstərmir”, – deyə vurğulayıb.

Qeyd edək ki, panel Türkiyə-Amerika Milli Rəhbərlik Komitəsi tərəfindən keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button