İran

İrana Ameri̇ka və Böyük Bri̇tani̇ya vaksi̇nləri̇ni̇n i̇dxalı qadağandır

“Amerika və Böyük Britaniya vaksinlərinin ölkəyə varidatı qadağandır. Əgər Amerika və onun “Pfizer” şirkəti vaksin icad edə bilirsə, əvvəlcə özləri istifadə etsinlər ki, bu qədər ölüm halları baş verməsin”.

Bu fikirləri Əli Xamenei dövlət televiziyasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Fransa və Böyük Britaniyanın vaksinləri etibarlı deyil. “Onlara inam yoxdur. Bəzi hallarda onlar öz vaksinlərini başqaları üzərində sınamaq istəyirlər”, – deyə Xamenei bildirib.

Bununla belə, İran Rusiya tolidi olan “Sputnik V” vaksinini əldə etmək üçün qarşı tərəflə danışıqlar aparır.

Qeyd edək ki, hazırda İran koronavirusa qarşı öz vaksinini tolid edir. Vaksinin bu ilin yaz aylarında hazır olacağı gözlənilir. “Kovo-İran” dərmanının artıq könüllülər üzərində sınaqdan keçirildiyi də açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button