İran

İranda koronavirusa yoluxanların sayı açıqlanıb

İranda ötən 24 saatda 8 011 nəfər koronavirusa yoluxub. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 534 034 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin durumu ağırdır. Vəzirlik rəsmisi ötən 24 saatda 89 nəfərin koronavirusdan öldüyünü açıqlayıb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 59 117 nəfərə yüksəlib. Ölkədə 1 310 821 nəfər koronavirusdan sağalıb, 10,1 milyondan çox test həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button