Dünyaİran

Bayden İran hərbi qüvvələrini vurmaq əmri verdi – Suriyada SEPAH-a zərbələr endirildi

ABŞ hərbi hava qüvvələri Suriyanın cənub-şərqində, İraqla sərhəd yaxınlığında iranpərəst qruplara qarşı iki hava hücumu həyata keçirib.

Qərb mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlama yayıb.

Ostin bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Fərat vadisindəki Mayadin və Əbu Kamaldakı silahlı qruplaşmaları hədəf alınıb.

Məlumatda bildirilir ki, İran İnqilabı Keşikçiləri Korpusunun təlim mərkəzi Deyr əz-Zor əyalətinin Əbu Kamal şəhərində yerləşir. Zərbələrin nəticələri barədə hələlik məlumat yoxdur.

Ostin, hücumlarla bağlı əmri ABŞ Prezidenti Co Baydenin verdiyini təsdiqləyib.

Son bir neçə həftə ərzində ABŞ və koalisiya qüvvələri İraq və Suriyada İranın dəstəklədiyi militanlar tərəfindən azı 40 dəfə hücuma məruz qalıb. Ən azı 45 amerikalı hərbçi yaralanıb.(AzPolitika.info)

Related Articles

Bir cavab yazın

Back to top button