Site icon Aznews TV

Erməni silahlıları Şuşa şəhəri istiqamətində mövqelərimizi atəşə tutub

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, MN-dən bildirilib.

Exit mobile version