Site icon Aznews TV

Ermənilərin əsir götürdükləri Amin anasına məktub yazıb

II Qarabağ savaşı zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib. Bunu Aminin yaxın qohumu Çinarə Əliyeva deyib. “Məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib. Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”,-deyə o, bildirib.
Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.
Exit mobile version