Site icon Aznews TV

Ermənistan 2024-cü il üçün KTMT-yə 53 milyon rubl ödəməlidir

 

“ANT”Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq”, – o bildirib.

V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.

O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür – Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.

Exit mobile version