Site icon Aznews TV

Ermənistan Amerika ilə birgə hərbi təlim keçirəcək

Ermənistan mediyasının məlumatına istinadən hərbi təlim sentyabrın 11-dən 20-dək Ermənistanda keçiriləcək.

Royterz xəbər agentliyinin bildirməsinə əsasən hərbi təlim “Qartalın Əməkdaşı 2023/Eagle Partner 2023” adlandırılıb.

Amerika ordusunun bir rəsmisi ölkənin 85 hərbçisinin, həmçinin Ermənistanın 175 hərbçisinin təlimlərdə iştirak edəcəyini bildirib. Amerika hərbçiləri ağır silahlardan istifadə etməyəcək.

“Belə bir xəbər, xüsusilə də hazırkı durumda nigarançılıq doğurur. Ona görə də bu xəbəri analiz edib vəziyyətə nəzarət edəcəyik.”-deyə Kreml Sarayının sözçüsü Dmitri Peskov reaksiya göstərib.

Exit mobile version