Site icon Aznews TV

Ermənistan döyüşdən qaçıb İrana keçən əsgərlərini axtarır

Ermənistanın Müdafiə Nazirliyi İran ərazisində olan hərbçilərinin sayını bilmir. Bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.
Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.
Şuşan Stepanyan bildirib ki, məsələnin araşdırılması üçün İrana müraciət ediblər. Ancaq İran ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləməyib.

Exit mobile version