İran

MİLLİ FƏAL MƏHKƏMƏYƏ ÇAĞRILDI

Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xaakpur Kəleybər Məhkəməsinə çağırılıb.
Göndərilən çağırış vərəqəsinə əsasən Xaakpur juənin 22-də Təbriz vaxtı ilə saat 10:00-da Kəleybər Ədliyyə İdarəsinin İnqilab Məhkəməsi Şöbəsinə müraciət etməlidir.
Bundan əvvəl Ərdəbil İnqilab Dadqahı da Xaakpuru çağırmışdı. Ancaq İran Ali Məhkəməsinin qərarına əsasən, “sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunan milli fəalın işinə Kəleybər məhkəməsində baxılacaq.
Məhəmməd Xaakpur 2018-ci ildə culayın 5-də Babək qalası mərasimi zamanı yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb, 3 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə onunla birlikdə yaxalanan digər fəallar kimi əmniyyəti qüvvələri tərəfindən döyülərək işgəncələrə məruz qalıb.
2018-ci ilin culay ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanılmışdı.
Həmin vaxt Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək qalası yürüşü , Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması haqda digər tutulan fəallara bəraət verilməsini tələb etmişdi. Bəyanatda sözügedən mərasimlərdə 120 fəalın saxlandığı bildirilmişdi. Xaakpur daha əvvəl də azərbaycanlıların demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə saxlanılıb və müxtəlif basqılara məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button