Site icon Aznews TV

Ermənistan sərhəddə törətdiyi təxribat nəticəsində itkilərini açıqlayır: 3 ölü, 5 yaralı

Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyünü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.

Törətdikləri təxribatın qurbanı olanlar sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayandır (2003-cü il təvəllüdlü).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Exit mobile version