Site icon Aznews TV

Ermənistanda daha 995 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 995 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 147 312 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 17 nəfər artaraq 2 462-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 612-yə yüksəlib. İndiyədək 124 521 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 714 aktiv koronavirus xəstəsi var.

Exit mobile version