İran

Tehranda tibb mərkəzləri və xəstəxanalar hazır vəziyyətə gətirilib

Havanın çirklənməsi ilə əlaqədar Tehranda tibb mərkəzləri və xəstəxanalar hazır vəziyyətə gətirilib.

Tehran valisinin abadlıq işləri üzrə müavini Abid Maleki havanın çirklənməsi ilə əlaqədar açıq havada olanları Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş maskalardan istifadə etməyə çağırıb.

O, hər yaş qrupuna aid olan şəxslərin, uşaqların, hamilə qadınların və sağlamlıq problemləri olan vətəndaşların açıq havaya çıxmalarının təhlükəli olduğunu bildirib.

Qeyd edək ki, son bir ayda Tehran dünyanın ən çirkli şəhərləri sırasında yer alıb və 30 gün ərzində yalnız 2 gün təmiz havaya malik olub.

Related Articles

Bir cavab yazın

Back to top button