Site icon Aznews TV

Ermənistandan müharibə cinayətlərinin hesabı bir-bir soruşulacaq

Aznewstv xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” adlı paneldə çıxış edərkən bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü pozulduğu müddətdə Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı, Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorda də cinayət məsuliyyəti daşıyır: “7 rayonumuz yerlə bir edilib, milyonlarla insan Ermənistan təcavüzünün zərər görüb. Bu sahədə böyük təcrübəsi olan beynəlxalq hüquq şirkətləri ilə də danışıqlar aparılıb”.

Məcburi köçkünlərin və Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlılara dəymiş maddi və mənəvi zərərlərin də olduğunu qeyd edən səfir bütün bunların hüquqi proseslər olduğunu diqqətə çatdırıb: “Hazırda qiymətləndirmə prosesi gedir. Burada siyasi qərar da qəbul oluna bilər. Amma bəşəri dəyərləri qorumayan, humanizmi pozan, insanlığa zidd dəhşətli cinayətləri törədənlər bir-bir cəzalarını çəkəcəklər”.

Exit mobile version