İran

İran məhkəməsi son bir ayda 30-dan çox ölüm hökmü çıxarıb

İranda İnsan Haqları Fəalları Qrupu xəbər verib ki, İranın Məhkəmə-Ədliyyə Hakimiyyəti ötən ay 35 edam hökmü çıxarmaqla son bir ildə rekord qırıb.

Məlumata görə, eyni zamanda İran məhkəməsi tərəfindən 86 nəfər də edam edilib. Bildirilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvarında edam sayı daha çox olub.

Qeyd olunub ki, İranda son həftələrdə ölüm hökmlərinin artması bir çox reaksiyalarla qarşılanıb. Belə ki, Avropa Parlamenti dünən qəbul etdiyi qətnamədə İrandakı bütün edama məhkum edilən siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.

#İran #edam

Related Articles

Bir cavab yazın

Back to top button