Dünya

Etirazçılar Honq Konq hava limanını işğal etdilər

Honq Konq Hava Limanına gəlib-gedən bütün təyyarələrin uçuşları səbəbi ilə ləğv edilib.

Aznews.tv «South China Morning Post»a istinadən xəbər verir ki, hava limanı 1000-dən çox müxalifətçi tərəfindən işğal olunub. Etirazçılar hava limanı rəhbərliyinə günün sonuna qədər bütün uçuşları ləğv etməsi əmrini verib. Aksiyaçılar yalnız göydəki təyyarələrin enişinə imkan yaradıblar.

Qeyd edək ki, «İadə qanun layihəsi»nə qarşı nümayişlər dördüncü gündür ki, dünyanın ən işlək hava limanlarından biri olan Honq Konqda davam edir. Layihə təsdiq olunarsa Honq Konq hökumətindən Çinə, yaxud əksinə, Çindən Honq Konqa qaçan şəxs mühakimə üçün öz ölkəsinə təhvil veriləcək. Honq Konq İngiltərə və ABŞ da daxil olmaqla 20 ölkə ilə belə müqaviləsi var. Lakin iyirmi ildən çox davam edən danışıqlara baxmayaraq, Honq Konq hələ də şübhəli şəxslərin təhvil verilməsi ilə bağlı Çinlə müqavilə bağlamağa müvəffəq olmayıb.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button