Bölgəİran

SEPAH İraqla sərhəddə zirehli texnika yığır

SEPAH ölkənin şimal-qərbdə İraqla sərhəd bölgəyə çox sayda zirehli texnika cəmləməkdə davam edir.

Bu barədə SEPAH-a yaxın “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Bunun İraqın Kürdüstan bölgəsindəki İrana müxalif qrupların tərksilah edilməsi ilə bağlı Tehranın Bağdada verdiyi ultimatumun bitmə vaxtının yaxınlaşması ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, İran İraq hökumətinə bu ölkənin şimalındakı kürd muxtariyyətində yerləşən iranlı silahlı təşkilatların ölkədən çıxarılması üçün sentyabrın 19 sentyabra qədər vaxt verib.

Tehran əks təqdirdə bölgəyə müdaxilə edəcəyi və terrorist adlandırdığı müxalif təşkilatlara qarşı hərbi əməliyyatlar keçirəcəyi ilə təhdid edib.

İraqın xarici işlər naziri Fuad Hüseynin sentyabrın 13-də Tehrana səfəri çərçivəsində bu məsələ müzakirə olunub.

İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyan iraqlı həmkarı ilə görüşdən snra keçirdiyi birgə mətbuat konfransında İraq tərəfi ilə razılaşdıqlarını deyib.

O, bildirib ki, Fuad Hüseyn İrana müxalif silahlı qruplaşmaların İraq ərazisindən çıxarılması planı ilə bağlı faydalı məlumatlar verib.

Related Articles

Bir cavab yazın

Back to top button