Dünyaİdman

Etirazçılara qarşı şiddəti pisləyirik – Almaniya

Almaniya İran təhlükəsizlik qüvvələrinin benzinin bahalaşmasına etiraz olaraq küçələrə çıxan etirazçılara qarşı şiddətini pisləyib.

Aznews.tv xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözcülərindən biri deyib.

“Biz 100 nəfərdən artıq insanın ölməsi ilə bağlı hesabatdan şok olduq. İranın təhlükəsizlik qüvvələrinin qeyri-münasib addımını pisləyirik. Xalqın dinc etirazlar keçirmək haqqına riayət edilməlidir”.

Xatırladaq ki, ABŞ-ın sanksiyaları altında olan ölkədə etirazlar ötən cümə günü benzinin kəskin bahalaşmasından sonra başlayıb. Ölkə rəsmiləri indiyədək beş nəfərin öldüyünü müəyyənləşdirib. Ancaq bəzi məlumatlara görə, beş günlük etirazlarda azı 138 nəfər ölüb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close