Cəmiyyətİran

Etirazlarda 9 dini təhsil mərkəzi yandırıldı

Benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar çərçivəsində son 3 gündə 9 Dini təhsil mərkəzi və cümə imamının ofisinə hücum olunub.

Aznews.tv xəbər verir ki, Əhvaz şəhərindəki İmam Mehdi dini təhsil mərkəzi atəşə verilib. Xuzistan dini təhsil mərkəzi də bəsic qüvvələrinin qarşıdurması səbəbindən mərkəzə girə bilmədiklərini bildirib. Karacin kompusundakı “Kosar” qadın dini təhsil mərkəzinin də etirazçılar tərəfindən atəşə tutulduğu qeyd edilib.

Xatırladaq ki, şənbə günü İsfahanın “Zeynəbiyyə” dini təhsil mərkəzinin yandırılması ilə bağlı video yayımlanmışdı.

Qeyd edək ki, Şiraz şəhərində “Xatəm Əl-Ənbiya” dini mədrəsə və Kazerun şəhərindəki “Saliyiyye Məktəb Əl-sadeq” mədrəsəsinə də hücum edilmiş və yandırılmışdı. Tehranın qərbindəki Qüds şəhərində Mossla və İmam Cümə ofisinə, eləcə də Sədra, Xuzistan, Yəzd şəhərlərində imam cümələrin ofisinə hücumlar olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button