Cəmiyyətİran

Etirazlarda azı 70 təbrizli həbs edilib

Təbrizdə son etirazlar çərçivəsində 70 nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Aznews.tv İSNA-ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın asayiş komandiri Hüseyn Əbdi məlumat verib.

“Etirazlarda intizamı pozan 70 iğtişaşçı saxlanılıb ki, bunlar dövlət əmlakını  və bankları yandırıblar. Polisin araşdırmalarından sonra  bunlarda 22-i təxribatçı və 48-i isə əsas səbəbkar və lider kimi ədliyyə orqanlarına təhvil verilib”, – qeyd edib.

Xatırladaq ki, noyabrın 15-də SEPAH komandiri Abidin  Xürrəm 30 nəfərin həbs edildiyini bildirərək onları iğtişaşçı adlandırmışdı.

Məsulların həbs edilənlərin sayı ilə bağlı açıqladıqları rəqəm daha çoxdur. Çünki aksiyalar ərəfəsində internet kəsilərək məlumatın yayılmasının qarşısı alınıb. İnternet bərpa edildikdən sonra isə həsb edilən, yaralanan və ölənlərin sayı gündən-günə artır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close