Cəmiyyətİran

Etirazlarda öldürülən nümayişçilərin həqiqi sayı açıqlanmır

Benzinin bahalaşmasına etiraz olaraq başladılan aksiyalarda ölənlərin həqiqi sayı açıqlanmır.

Aznews.tv xəbər verir ki, son etirazlar çərçivəsində 366 nəfərin öldüyü, 8 mindən çox insanın isə həbs edildiyi bildirilir. Bununla bağlı təhlükəsizlik qüvvələrinin bəzi yüksək vəzifəli rəsmilər və idarələrə verilən statistikalar ölkənin son baş naziri olmuş Mir Hüseyn Musəviyə yaxın sayt açıqlama yayıb.

İranın bəzi rəsmilərinə açıqlanan statistikada son etirazlarda ölənlərin sayının deyilənlərdən dəfələrlə çox olduğu bildirilib.

İran Parlamentinin Tehran nümayəndəsi Elyas Həzrəti Milli Güvən Partiyasının daxili toplantısında təhlükəsizlik qüvvələrinin statistikalarını açıqlayıb.

Məlumata görə, İrandakı son etiraz aksiyalarında həbs edilənlərin 90 faizi küçələrdə saxlanılıb. Həbs edilənlərdən 80 faizi 1991-2001, 20 faizi isə 1981-ci il təvəllüd insanlardır. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, ölənlərin çoxu təhlükəsizlik qüvvələrinin gülləsinə tuş gəlib.

Əlavə edək ki, təhlükəsizlik qüvvələrinin hədə-qorxularından ölənlərin ailələri yas mərasimini məhdud vəziyyətdə qurmağa məcbur olublar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close