İran

“Müdərris” xəstəxanasının işçiləri koronavirusa yoluxub

Tehranın “Müdərris” mərizxanasının rəisi Hüseyn Bədəxşan bu mərizxananın tibb işçiləri və köməkçi heyətindən təqribən 220 nəfərin koronavirusa tutulduqlarını bildirib. Onun sözlərinə görə, daim 30-a yaxın tibb işçisi istirahətdə olur.
Başqa tərəfdənsə, mərizxanada taxt çatışmazlığı problemi mövcuddur. Məlumata görə, urjansda mərizxanaya yerləşdirilməsini gözləyən 25- 30 məriz olur.
Qeyd edək ki, son bir neçə ayda İran Sağlıq Vəzirliyinin məqamları dəfələrlə mərizxana işçilərinin və tibb personelinin həddindən artıq yorulduğu barədə xəbərdarlıq ediblər. Məsələ ilə bağlı Beynəlmiləl Əfv Təşkilatı rapor hazırlayıb. Bu sənədə əsasən, dünyanın 79 ölkəsi arasında İran tibb işçiləri və personelin ən çox ölüm sayının qeyd olunduğu ölkələr sırasındadır

Related Articles

Bir cavab yazın

Back to top button