Site icon Aznews TV

“Etnik təmizləməyə məruz qalan soydaşlarımız Qərbi Azərbaycan İcması ətrafında birləşib”-Ceyhun Bayramov

1991-ci ilə qədər bütün azərbaycanlılar öz yurd-yuvalarından zorla qovulub çıxarılıb.

Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər.

İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bügünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün qovulan vətəndaşların qayıtması üçün lazımi işlər görülür”, – nazir qeyd edib.

Exit mobile version