Cəmiyyətİran

“ETTELAAT bununla bağlı araşdırmalarını ictimaiyyətə bildirməsi lazımdır”

Özbaşına təhlükəsizlik qüvvələrinin ictimai yerlərin dağıdılmasında rolu var.

Bu sözləri İran məclisinin Tehran nümayəndəsi, “Ümid” fraksiyasının üzvü Mahmud Sadiqi Tvitter hesabında yazıb. O, ETTELAT qüvvələrinin iğtişaş yaradan və ictimai yerlərə hücum edərək məhv edilməsinə kömək edən bəzi ünsürlərin barəsində ictimaiyyətə məlumat verməsindən danışıb:

“Bəzi, bəlkə də özbaşına ünsürlərin ictimai yerlərə hücum edərək dağıtması ilə bağlı bəzi narahatlıq törədən məlumatlarla əlaqədar təşkilatlar, xüsusilə də ETTELAAT-ın araşdırma və nəticələrini ictimaiyyətə bildirməsi lazımdır”.

Qeyd edək ki, benzinin 3 dəfə bahalaşmasına başladılan aksiyalarda təhlükəsizlik və intizam qüvvələrinin küçələrdə ötəri maşınları, hətta bir çox milli məkanları əzib yandırdığı səhnələri özündə əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button