Site icon Aznews TV

ETTELAAT güneyli gəncə işgəncə verib: o, bir neçə dəfə döyülüb, barmaqları sındırılıb

Ailəsi etiraz aksiyalarında iştirak etdiyi bəhanəsi ilə həbs edilən gəncin SEPAH-ın təhlükəsizlik təcridxanasına aparıldığını bildirib. Şəhriyar Cəfəri təcridxanada məcburi etiraf verməsi üçün fevral ayında işgəncələrə məruz qalıb.

“Şəhriyardan məcburi etiraf almaq üçün bir neçə dəfə döyüblər, barmaqlarını sındırıblar. Fevral ayından sonra bizə onun barəsində heç bir məlumat verilməyib. Ağır işgəncə verildiyi üçün onun öldürülməsindən nigaranıq”, – deyə Cəfərinin yaxınları bildiriblər.

Exit mobile version