Dünyaİran

ETTELAAT-ın İraqdakı siyasi hegemonluğu ilə bağlı gizli sənədlər yayımlandı

ABŞ mətbuatı İran hökuməti ilə İraq hökumət rəsmiləri arasında, xüsusən, 2003-cü ildən sonra hakimiyyətə gələn şiə hökumətləri arasında “yaxın münasibətlər” mövzusunda bir neçə sənəd nəşr edib.

Aznews.tv xəbər verir ki, məxfi sənədlər, təxminən, 700 səhifəlikdir. “Nyu York Tayms” və “The Intercept” veb saytında dərc edilən sənədlər İran ETTELAAT təşkilatının arxivindən sızdırılıb.

Sənədlərdə Baş nazir Adel Abdul Mehdi hökumətini dəstəkləyən İran İnqilab Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandiri Qasım Soleymani 1 oktyabrda İraqda hökumət əleyhinə nümayiş zamanı İrana qarşı reaksiyasını artırıb. Etiraz aksiyalarının repressiyası Bağdada gedib.

“Nyu York Tayms” Səkkiz il İraqın Baş naziri olan Nuri əl-Malikinin Tehranın “ən məhbub adam”ı kimi tanındığını bildirilib.

ABŞ mətbuatında yayımlanan sənədlərə görə, İraq parlamentinin keçmiş sədri Səlim əl-Cuburi, sünni olmasına baxmayaraq, İrana yaxın idi. Əl-Cuburinin siyasi müavininin İran ETTELAAT-nın üzvü olduğu da iddia edilir.

Related Articles

Bir cavab yazın

Back to top button