İran

İran Yazıçılar Birliyi siyasi məhbuslarla bağlı bəyanat yaydı

Evin həbsxanasından Qızıl Hisar həbsxanasına köçürülən 13 siyasi məhbusun həyatı təhlükədədir.

Bu barədə İran Yazıçılar Birliyinin bəyanatında xəbərdarlıq edilib.

Bildirilib ki, köçürülmədən öncə məhbusların səhhətlərində problemlər olmasına baxmayaraq, onların müalicəsinə imkan verilməyib.

Bəyanatda azərbaycanlı siyasi məhbus, müəllim Cəfər İbrahiminin vəziyyətinin ağır olduğu xüsusi vurğulanıb.

Yazıçılar Birliyi, bir neçə xəstəlikdən əziyyət çəkən azərbaycanlı müəllimin həyatı ilə bağlı hakimiyyətin məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, 13 siyasi məhbus hüquqlarının pozulduğuna etiraz olaraq sentyabrın 7-dən aclıq aksiyası keçirirlər

Related Articles

Bir cavab yazın

Back to top button