Site icon Aznews TV

Evin həbsxanası ətrafında partlayış baş verib

Bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, havanın kəskin isti olması səbəbindən Tehranda yerləşən Evin cəzaçəkmə müəssisəsinin ərazisində partlayışla müşahidə olunan güclü yanğın baş verib.

Günorta saatlarında baş verən yanğın həbsxana ətrafında quraşdırılmış minaların partlamasına səbəb olub.

Əraziyə yanğınsöndürmə qüvvələrinin cəb edildiyi və yanğının nəzarət altına alındığı deyilir.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Exit mobile version