İranMədəniyyət və incəsənət

Fəcr Film Festivalında “Atabay” filmi böyük coşqu ilə qarşılandı

Bazar günü, axşam saat 19:00-da Urmiyədə nümayiş olunan “Atabay” filminin biletləri bir neçə dəqiqə içində satılıb.

Bildirilir ki, qara bazarda belə bilet axtaranlar olub. Qərbi Azərbaycanın Hünəri Hozənin Sinemalarının müdirinin dediyinə görə, Atabay filminin ekranlaşdırıldığı “İran” sinema salonunda boş yer tapmaq mümkün olmayıb.

Xatırladaq ki, 38-ci Beynəlxalq Fəcr Film Festivalının müsabiqə bölümünə getməyi bacaran “Atabay” filminin mətbuat konfransı maraqlı məqamlarla yadda qalıb. Filmin türk dilində çəkilməsinə etiraz edən bir jurnalist ilə filmin ssenaristi və rejissoru arasında mübahisə yaranıb. Jurnalist “Nə üçün İranda rəsmi dili Fars dili olduğu halda filmi alt yazı ilə izləməliyik?” sualını rejissora ünvanlayıb. Rejissor Niki Kərimi isə bu suala olduqca kəsərli bir cavab verib: “Kim deyib biz təkcə fars dilində film çəkməliyik? Onsuz da filmlərin 90 faizi bu dildə çəkilir” Filmin Xoydan olan ssenaristi Hadi Hecazifər jurnalistin faşistcə düşüncələrini tənqid edərək, türk dilinə dəstəyini göstərib. Hicazifərin türk dilinə bu cür sayqı ilə yanaşması Azərbaycan milləti tərəfindən də böyük alqışa səbəb olub. Bu olay “Atabay” filminə marağın daha da artmasına yol açdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close