Site icon Aznews TV

“F-16 məsələsində ABŞ-dan konkret addımlar gözləyirik”

bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Bu məsələ ilə bağlı prosesi müsbət dəyərləndirən Hulusi Akar deyib: “Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində “F-16″ qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”.

Təhlükəsizlik məsələlərində Türkiyənin tələblərini yaxşı başa düşdüklərini ifadə edən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Mülki insanlara qarşı həyata keçirilən terror aktlarını ən yüksək səviyyədə qınayırıq”.

Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığa böyük üstünlük verdiklərini vurğulayan finlandiyalı nazir daha sonra vurğulayıb: “Finlandiya olaraq qətiyyətli şəkildə terrorun bütün hallarını rədd edir və qınayırıq”.(Ednews)

Exit mobile version