Cəmiyyətİran

“FAO”dan Urmiyə gölünün bərpasına yardım edəcək yeni addım

Aznews.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Urmiyə gölündə su ehtiyatlarının davamlı idarə edilməsi üzrə vahid proqram” layihəsi çərçivəsində tədbir keçirib.

“FAO”dan çərşənbə günü verilən məlumata görə, seminar Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının, İranın Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Cihadı Nazirliyinin, Meteorologiya Təşkilatı, Quraqlığın Milli Monitorinqi və Xəbərdarlıq Mərkəzi, Urmiyə Gölünün Bərpası Qərargahının, Şərif Texnologiya Universiteti və İran Elm və Texnologiya Universiteti ekspertləri və mütəxəssislərinin iştirakı ilə Meteorologiya və Atmosfer Elmləri İnstitutunda keçirilib.

Seminar iştirakçıları quraqlıq indeksini hazırlamaq üçün istifadə edilən məntiq, prosedur və metodları nəzərdən keçirərək, kombinasiyalı quraqlıq indeksinin yaxşılaşdırılması üçün qarşıda duran addımlarda istifadə oluna biləcək digər potensial dəyişənləri, komponentləri və göstəriciləri müzakirə edib.

FAO-nun torpaq ehtiyatlarının idarə edilməsi üzrə baş mütəxəssisi Gianluka Françeskini həyata keçirilən fəaliyyət və tədbirlər haqqında deyib: Bu gün quraqlığın qiymətləndirməsinin və eləcə də quraqlığın ölçülməsi ilə bağlı ik nəticələr təqdim edilib və müzakirə olunub.

Onun sözlərinə görə, bu, meteoroloji, kənd təsərrüfatı və hidroloji quraqlığın müxtəlif aspektləri barədə bu məlumatları verən İranın ilk əməkdaşlığıdır.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close