Site icon Aznews TV

Fars əyalətində silahlı qarşıdurma- Axtarışda olan şəxs həbs edilib

Onun Kalaşnikov avtomat silahından açdığı atəş nəticəsində iki hökumət işçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Hadisə yerindən uzaqlaşan silahlı ilə onu həbs etməyə çalışan polis qüvvələri arasında şəhər ətrafnda baş verən atışmada daha iki polsi əməkdaşı yaralanıb.

Qeyri-rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını yazıblar.

Sentyabrın 29-da Fars əyalətinin polis komandanlığı silahlı hücumçunun həbs edildiyini, ondan avtomat silah və mərmilərin götürüldüyünü bildirib.

Sosial mediada yayılan videolarda bölgəyə çox sayda polis qüvvələrinin yeridildiyi və əməliyyata helikopterlərin cəlb edildiyi görünür.

Exit mobile version