Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İranda “İsrail casuslları”nın məhkəməsi olub

Ötən gün Kərəc şəhərinin İnqilab Məhkəməsində "İsrailə casusluq etmək" ittihamı ilə saxlanılan 4 nəfərin məhkəmə iclası keçirilib.

Bu haqda Albürz əyalətini baş hakimi Hüseyn Fazili Herikəndi məlumat verib.

O, müttəhimlərin “İsrailə casuskuq etmək” və “İran Xalq Mücahidləri Təşkilatl” ilə əməkdaşlıqda günahlandırıldıqlarını bildirib.

Fazilinin sözlərinə görə, saxlanılan şəxslər ölkədə “əhəmiyyətli hərbi obyektlərdən birində partlayış törətməyə hazırlaşdıqları” zaman həbs ediliblər.

Saxlanılanların üçünün kişi və birinin qadın olduğu bildirilsə də, onların kimliyi barədə açıqlama verilməyib.

Həmin şəxslərin barəsində hələlik qərar verilməyib, ancaq barələrində ağır ittihamlar, o cümlədən “İsrailə casusluq” və “müharibə” ittihamları irəli sürüldüyünə görə, onların edam ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində “İsrailə casusluq” ittihamı irəli sürülüb.

İnsan haqları təşkilatları İran hökumətinin bu fürsət və ittihamdan siyasi fəalları aradan götürmək bəhanəsi kimi istifadə edir.

Related Articles

Bir cavab yazın

Back to top button