Site icon Aznews TV

FİFA-dan İrana xəbərdarlıq: “Qadınlar stadiona buraxılsınlar!”

Məktubda bildirilib ki, İran Premyer Liqasının bu dövründə qadınların stadionlara girişinə icazə verilməyəcəyi təqdirdə İran Futbol Federasiyası ağır nəticələrlə üzləşəcək.
Məktublarda qəti şərt irəli sürülüb. Bu, İranın idman orqanlarını Tehranın Azadi Stadionuna qadınların girişinə icazə verilməsi ilə yanaşı, şəhər komandalarının stadionlarına da qadın azarkeşlərin buraxılması barədə ciddi düşünməyə məcbur edib.

Qeyd edək ki, bundan əvvəl qadınların futbol yarışlarını izləmək üçün stadionlara buraxılacağı barədə İran rəsmilərinin və Futbol Federasiyasının vədləri özünü doğrultmayıb.

#İran

Exit mobile version