Dünya

Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirusa yoluxub

Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Felimon Santos koronavirusa yoluxub.

Aznews.tv xəbər verir ki, bu haqda məlumatı “CNN” nəşri yayıb.

Məlumata görə, qərargah rəisi karantində qalacaq və hərbi həkimlərin ciddi nəzarəti altında olacaq.

Yaxın keçmişdə Santos ilə təmasda olan Müdafiə Katibi Delfin Lorenzana da özünü təcrid edəcək.

Nəşrin bildirdiyinə görə, Lorenzana, öz növbəsində, 22 mart və 23 mart tarixlərində baş qərargah rəisi ilə görüşləri olduğu üçün karantində qalacağını açıqlayıb. Ölkənin turizm naziri də Santos ilə keçirdiyi görüş səbəbindən sonra karantinə alınacaq.

Qeyd edək ki, Filippin hakimiyyəti bu günə qədər 707 yoluxma və 45 ölüm hadisəsini təsdiqləyib. Ölkənin sərhədləri müvəqqəti bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button