Site icon Aznews TV

Filippində təbii fəlakət: 16 nəfər ölüb, 390 min sakin təxliyə edilib

Filippində “Qoni” (“Rolli”) adlı qasırğa nəticəsində azı 16 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Bu barədə Filippin Mülki Müdafiə İdarəsindən bildirilib.

Məlumata görə, bir 5 yaşlı uşaq olmaqla Albay əyalətində 10 nəfər, Katanduanes əyalətində isə 6 nəfər ölüb.

Bildirilib ki, qasırğa 372 min ailəyə, yaxud 2 milyon insana ziyan vurub. 390 min sakin təxliyə edilib. 8,5 min ev elektrik enerjisi təchizatından məhrum olunub. Təbii fəlakət nəticəsində dəyən ziyan hesablanır.

Exit mobile version