AzərbaycanDünya

Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil edilib

Amerikada fəaliyyət göstərən Türk-Amerika Əmniyyət Sandığının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Arizona əyalətinin paytaxtı Finiks şəhərində sərgi keçirilib. Əyalətin Kapitoli binası önündə – açıq havada gerçəkləşdirilən sərgidə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımI, Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri başqa soyqırım və terror olaylarını, 44 günlük Vətən savaşı dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və başqa şəhərlərin bombardman edilməsini əks etdirən fotolar və kitablar sərgilənib. Türk-Amerika Əmniyyət Sandığının başqanı Fatih Öznür sərgi ilə maraqlanan şəxslərə erməni terrorizmi, ermənilərin törətdikləri dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib.

Related Articles

Bir cavab yazın

Back to top button