Cəmiyyətİran

Fırtına Binab Azad Universitetinə ziyan vurdu

Şərqi Azərbaycan əyalətinin bir çox şəhərində baş verən şiddətli fırtına təsirsiz ötüşməyib.

Aznews.tv xəbər verir ki, Binab Azad Universitetinin mərkəzi binasının xarici divarının bir hissəsi güclü fırtına səbəbi ilə dağılıb.

Ərazidə quraşdırılmış darbəstlərin aşması nəticəsində avtomobillərə də ziyan dəyib.

Xatırladaq ki, cümə günü Şərqi Azərbaycan əyalətinin bir çox şəhərində güclü fırtına əsmişdi. Əyalətin 10-cu meteorologiya bölməsi xəbərdarlıq edərək, cümə günündən bazar ertəsinə kimi əyalətdə saatda 40-70 km-ə qədər fırtına, ildırım və yağış yağacağını bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button