İdmanİran

Firuzcanın vətəndaşlığını dəyişməsindən sonra İran şahmatı 9 pillə gerilədi

Dünya Şahmat Federasiyası dekabr ayının sonunda şahmat oyunçularının və üzv ölkələrin yeni reytinq cədvəlini açıqlayıb.

«Əsre İran» saytının xəbərinə görə, federasiyasının yeni sıralamasında İran şahmatı 9 pillə geriləyib. Belə ki, İranın şahmat komandası bu sıralamada ciddi itki ilə üzləşərək 20-ci pillədəndən 29-a enib.

Buna şahmat üzrə dünya çempionu Əlirza Firuzcanın İran vətəndaşlığından imtina etməsi səbəb olub.

Bu, FİDE-nin 2019-cu ildəki son sıralamasıdır. Qurum bu sıralamada müxtəlif ölkələrin və onların nümayəndələrinin son bir ildəki fəaliyyətinə əsaslana bilər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close