Dünyaİqtisadiyyatİran

Fransa: Avropa ilə İran arasında hər hansı ticarət mexanizmi FATF-ın qəbul edilməsindən asılıdır

Aznews.tv  xəbər verir ki, fransalı diplomatik mənbə, İranla ticarət mübadiləsi mexanizminin (INSTEX) yaradılmasının İranın FATF-ı tam qəbul etdiyi təqdirdə mümkün olacağını bildirib.

Fransalı bir diplomatın sözlərinə görə, İranda müvafiq şirkət formalaşmayınca və Tehran çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi standartlarına əməl etməyənədək İrana humanitar və qida məhsullarının çatdırılması üçün Avropa ticarət mexanizminin (Instex) yaradılması reallaşmayacaq.

Reuters-in məlumatına görə, bu barədə diplomatik mənbə çərşənbə günü bildirib: “İranda fəaliyyət göstərən uyğun şirkətin strukturu yoxdur. Onlar FATF-ın tələblərini imzaladıqları gün bu haqda danışıqlar aparılacaq və Instex vasitəsilə ilk köçürmələrin ABŞ sanksiyalarına məruz qalmayacağından əmin olduğumuz gün, bu barədə yenidən danışacağıq”.

 

Aznews.tv 

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close