DünyaİranSiyasət

Fransa: Böhranın tək həlli yolu İranın genişmiqyaslı danışıqlara hazır olmasıdır

Vaşinqton və Tehran arasındakı böhranın tək həlli yolu İranın daha geniş danışıqlara hazır olması qarşılığında sanksiyaların tədricən azaldılmasıdır.

Reuters-in məlumatına görə, bu fikri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian parlament üzvləri qarşısında çıxışı zamanı deyib.

“Paris və avropalı müttəfiqlərin fikrincə, yeni danışıqlara nüvə məsələləri ilə yanaşı, İranın bölgə fəaliyətləri və balistik raket proqramları da şamil edilməlidir”.

Xatırladaq ki, Paris avropalı tərəfdaşları ilə birlikdə 2017-ci ilin sentyabrından bəri sanksiyaların tədricən yumşaldılması qarşılığında genişmiqyaslı danışıqlara başlamaq fikrini irəli sürüb. Bu önəri böhrandan tək çıxış yolu olaraq hələ də masa üzərindədir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close