Dünya

Fransa da İranın kosmosa peyk göndərməsini pislədi

Fransa Xarici İşlər Nazirliyi aprelin 23-də İran tərəfindən hərbi peykin kosmosa göndərilməsini pisləyib.

Nazirlik bunu Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması kimi qiymətləndirib.

Açıqlamada, İrandan nüvə başlığı daşımaq məqsədilə hazırlanan ballistik raketlərin genişləndirilməsi ilə bağlı bütün fəaliyyətləri dayandırmaq istənilir.

“İranın ballistik raket proqramı regional və beynəlxalq təhlükəsizlik üçün böyük təhlükə yaradır, bölgədə sabitsizliyi artırır və gərginliyi qızışdırır”, – deyə açıqlamada vurğulanır.

Bundan öncə ABŞ da İranın hərbi peyk göndərmək qərarını qınayaraq, bunu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması adlandırmaqla, bununla bağlı işin Təhlükəsizlik Şurasına aparacağını açıqlayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo da İranın kosmosa hərbi peyk göndərək BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulamaqla, bu addımın mənfi nəticələrə səbəb olacağı ilə bağlı təhdid edib.

Related Articles

Bir cavab yazın

Back to top button