Dünya

Qırğızıstanda rus dilinin statusu alınır: “Rəsmi dövlət dili olmasın”

Qırğızıstanda rus dilinin rəsmi dövlət dili statusu alına bilər. Belə ki, Konstitusiyada dövlət dilinin ancaq qırğız dili olmasına dair dəyişiklik gündəmdədir.

Bu təkliflə ölkənin Konstitusiya Şurasının üzvü Sadirdin Törəliyev çıxış edib:

“Ola bilsin ki, bu, radikal səslənir. Ancaq mənim təklifim budur ki, təkcə qırğız dili rəsmi dövlət dili olmalıdır. Başqa dillər başqa qanunlarla inkişaf etdirərik”.

Onun sözlərinə görə, gənclər artıq qırğız dilində danışmır, heç kəs dili öyrənmir və ona ehtiyac aradan qalxır: “Bu şəraiti yenidən yaratmaq lazımdır ki, xalq dilini unutmasın”.   

Related Articles

Bir cavab yazın

Back to top button