DünyaİranSiyasət

Fransa İrandan neft almağı dayandırdı

Fransa İrandan neft almağı dayandırıb.
Aznews.tv xəbər verir ki, enerji mütəxəssislərinin fikrincə, İran və Səudiyyə nefti oxşardırlar, ona görə də Səudiyyə nefti alternativ ola bilər. Fransa bu dövrdə Ərəbistandan 50 faiz, həmçinin Rusiya və İraqdan neft idxalını artırıb.
İranla nüvə razılaşması imzalayanlar ölkələrdən olan Fransa sanksiyalara qarşı İranın maraqlarını müdafiə etmək əvəzinə, ABŞ-ın tərəfini saxlayır.
Daha öncələr Cənubi Parsın 11-ci mərhələsi üçün müqavilə bağlayan “FransaTotal” şirkəti ABŞ-ın sanksiyalarından sonra İranı tərk edən ilk Avropa şirkətlərindən biri idi. “Renault” və “Peugeot” avtomobil şirkətləri də İran bazarının böyük bir hissəsini əldə etdiklərinə bağmayaraq, İranla əməkdaşlıqlarını dayandırdılar.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button