Dünyaİran

İran körfəz ərəb dövlətlərini yeni anlaşma imzalamağa çağırıb

İran körfəz ərəb ölkələrini qarşılıqlı şəkildə hərbi müdaxilə və hücum etməmək anlaşması imzalamağa çağırıb.

İran mətbuatına istinadla xəbər verilir ki, bunu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətər paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı deyib.

İran XİN rəhbəri bölgədə gərginliyi azaltmaq və sabitliyi formalaşdırmaq istiqamətində bir sıra təkliflər irəli sürüb.

O körfəz ərəb dölətlərindən istəyib ki, İranla qarşılıqlı şəkildə təcavüzlərin və hərbi müdaxilənin edilməməsi anlaşmasını əldə etsinlər.

Qeyd edək ki, bundan öncə Həsən Ruhani də Səudiyyə kralına körfəzdə sabitlik və Hörmüzdə dəniz nəqliyyatının təhlükəsizliyi barədə təkliflərdən ibarət “Hörmüzdə sülh” adlı məktub ünvanlayıb. Məlumata görə bir sıra vasitəçi ölkələr o cümlədən Pakistan və Oman Sultanlığı iki dövlət arasında vasitəçi addımlarını atmaqdadırlar.

Related Articles

Bir cavab yazın

Back to top button