Site icon Aznews TV

Fransa ordusu Ukraynaya girir – 5 ssenari

Qərbdə bu məsələdə hələ də konsensus yoxdur. bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

“NATO qoşunlarının Ukraynaya göndərilməsinin beş mümkün ssenarisini var:

Ssenari 1: Fransa Ukraynada zavodlar yaradır. Bu planın bir hissəsi kimi Paris silah istehsalı zavodları tikə bilər.

Ssenari 2: Hərbçilər minalardan təmizləmə və təlimlə məşğul olacaqlar. Bu halda Fransa Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə birbaşa təlim keçəcək, həmçinin ölkə ərazisinin partlayıcı obyektlərdən təmizlənməsinə kömək edəcək.

Ssenari 3: Odessanın müdafiəsi. Fransa Ukraynanın liman şəhərinin qorunmasında fəal iştirak edə bilər.

Ssenari 4: Fransız ordusu müdafiə zonası yaradır. Burada söhbət fransız qoşunlarının ukraynalılara kömək etmək üçün bufer zonaları yaratmasından gedir.

Ssenari 5: Səngərlərdə qarşıdurma. Bu plan fransız qoşunlarının Ukrayna cəbhəsindəki döyüşlərdə birbaşa iştirakını nəzərdə tutur”, – məqalədə bildirilib.

Exit mobile version