Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

Fransada pensiya islahatına qarşı keçirilən etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.

Bu barədə Fransanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.

Pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günündə Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Həmin gün Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda da nümayişlər keçirilib.

Bir çox şəhərdə aksiyalar etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şiddətli toqquşmalarla müşayiət olunub (report).

Related Articles

Bir cavab yazın

Back to top button