Dünya

Fransada karantin rejimi yumşaldılır

Gediş-gəliş məhdudiyyəti götürüldükdən sonra, ümumi daşıma şəbəkəsində və orta təhsil məktəblərində maska taxmaq icbari olacaq.

Bu sözləri Fransanın Baş naziri Edvar Flip deyib. Onun sözlərinə görə, dərslər tədricən başlayacaq.

“11 yaşdan 15 yaşadək şagirdlərin maska taxması məcburi ola bilər. Fransada bəzi zəruri olmayan ticarət müəssisələri may ayının 11-dən sonra açılacaq, restoranların açılacağı tarix bəlli deyil. İnsanlar icazəsiz evdən çıxa biləcəklər. Uşaq bağçaları da açılacaq, Qrupların 10 nəfərdən çox olması qadağandır”.

Nazir hesab edir ki, qoyulan məhdudiyyətlər ən azı 62 min nəfərin həyatını xilas edib:

“Fransa koronavirusuna yoluxmanın ikinci dalğasını önləmək üçün möhkəm ehtiyat tədbirləri görməlidir. Yeni yoluxanların sayı 3 min nəfərdən az olmasa gəliş-gediş qadağası asanlaşdırılmaya bilər. Keçən 2 həftədə Fransada bu virusa gündəlik 2162 nəfər yoluxub. Mayın 11-dən etibarən həftədə 700 min insan korona testindən keçəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button